Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2017
09:21
Beynəlxalq təşkilat və KİV nümayəndələri Qarabağda

Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin Tərtər rayonuna səfəri təşkil olunub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində diplomatlar və KİV nümayəndələri  Tərtər   rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış kompleksi və  orada yaradılmış şəraitlə, həmçinin Tərtər rayonunun Şıxarx qəsəbəsində ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən, yenidən bərpa olunmuş  “Marağa-150” abidəsi ilə yerində tanış tanış olacaqlar.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 17:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com