Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2017
12:49
Mal ətini 5 manata satan qəssabı sürücü ələ verdi - VİDEO

Goranboyda mal-qara oğurluğu ilə məşğul olan iki nəfər saxlanılıb. FaktXəbər-in ARB TV-yə istinadla verdiyi məlumata görə, onlar ayrı-ayrı kəndlərdə müxtəlif şəxslərə məxsus heyvanları oğurlamaqda təqsirli bilinir.

Elçin Əliyev - Saxlanılan şəxs: "Gündüzdən kəndlərə gedib gəzirdim. Axtarıb dananı tapırdım. Yerini müəyyən etdikdən sonra gəlib "Qazel" sürücüsünü götürüb gedirdim".

Mingəçevir sakini Elçin Əliyev və həmyerlisi Zaur Hüseynov mal-qaranı Goranboyun bir neçə kəndindən oğurluyub. Həmin heyvanları dəyər-dəyməzinə sataraq pulunu dədə malı kimi öz aralarında bölüblər. Elçin Əliyev heyvanın oğurluq olduğunu nə müştəridən, nə də "Qazel" sürücüsündən gizlətmədyini deyir.

Elçin Əliyev - Saxlanılan şəxs: "Bilirdi, özü də öz əli ilə maşından düşürdü. Pulumu da saydı verdi. Bilməsəydi, 5 manat 50 qəpikdən alardımı? O fikirləşmir ki, 5 manat 50 qəpiyə satılan mal oğurluqdur? Halal malı 5 manata satmazlar".

Halalı haramdan ayırmağı bacaran, ancaq tamahına güc gələ bilməyən oğruların əməlinə Alpout kənd sakini Əlvan İsgəndərov son qoyub. Həmin şəxslərin otlaq sahəsindən heyvanları oğurladığını görən şəxs polisi məlumatlandırıb.

Saxlanılan şəxslərdən Elçin Əliyev əvvəllər də oğurluq etdiyi üçün bir dəfə məhkumluq həyatı yaşayıb. Günahı tam sübuta yetirilərsə, onu eləcə də əlbir olduqlarını bir neçə il dəmir barmaqlıqlar arxası gözləyir.

Məqalədə : mal əti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
21058

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
19643

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
21007

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
20568

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
26101

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
20561

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
20736
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-08-2020 00:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru