Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2017
12:33
3082
Mənzillərə kupça elektron qaydada veriləcək

"Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalara əsasən, mənzilin dövlət reyterindən çıxarışı (“kupça”) elektron qaydada veriləcək". FaktXəbər-in verdiyi məlumata görə, bu fikri Facebook səhifəsində iqtisadçı-ekspert Vüqar Bayramov yazıb.

O, qeyd edib ki, “Kupça”ların elektron verilməsi şəffaflığın gücləndirilməsi baxımdan müsbət haldır: "Dəyişikliyə əsasən, mənzilin hüquqi sahibi öz elektron imzası ilə “Elektron Hökumət” portalı vasitəsi ilə bu sənədə sahib ola biləcək. “Kupça”ların elektron verilməsi həm proseduraların sayının azaldılması, həm də şəffaflığın gücləndirilməsi baxımdan müsbət haldır.

Bununla yanaşı, bizim apardığımız monitorinqlər göstərir ki, Bakıda inşa edilən yeni binaların təxminən 80 faizindən çoxunda mənzillərin dövlət reysterindən çıxarışları yoxdur. Buna görə də, kommunal xidmətlər ilə tam təmin edilmiş yeni tiklilərin dövlət tərəfindən təhvil alma prosesinin sürətlənidirilməsinə ehtiyac var. İqtisadi və Sosial İnkişaf Mərkəzinin hazırladığı təkliflərdə həmçinin 2016-cı ildən əvvəl tam istifadəyə verilmiş binaların hammısının dövlət qeydiyyatına alınması və mənzillərin elektron olaraq “kupça” ilə təmin olunması da yer alır".

Məqalədə : Vüqar Bayramov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-07-2018 10:38



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com