Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2017
11:41
Sərkisyan “Qarabağ klanı”nı gücləndirir – aprel xofu

Ermənistan prezidenti baş nazirliyədək qalan müddətdə özünə ilk növbədə sədaqətli generalitet formalaşdırmaq istəyir; işğalçı ölkədə isə antirusiya isteriyası güclənir

Fors-major vəziyyətlər yaşanmasa, Ermənistan prezidenti Serj Sərkisyan yəqin ki, gələn ilin aprelində prezidentlikdən baş nazirliyə “sıçrayış” edib özünün əsas səlahiyyətlərini əlində saxlaya biləcək. Hərçənd, parlamentli üsul-idarəyə keçiddən sonra baş nazir daha çox kollegial rəhbərliyə üstünlük verməli olacaq. O cümlədən Dağlıq Qarabağ, müharibə və sülh məsələsində parlamentin mövqeyi mühüm əhəmiyyət kəsb edəcək.

Təbii ki, bu zaman yeni baş nazirin komandasının kimlərdən ibarət olması az əhəmiyyət daşımır. Xüsusən də güc strukturlarına kimlərin rəhbərlik eləməsi Serj Sərkisyandan ötrü az qala, həyati önəm daşıyır. Bunu həmçinin, Azərbaycanla davam edən müharibə şəraiti, sülh danışıqlarının faktiki, dalana dirənməsi diktə edir. O üzdən də Sərkisyan “aprel hazırlıqları”nı gücləndirmiş kimi görünür. Əsas diqqət isə gözlənildiyi kimi, hərbi sferaya, ordu rəhbərliyinədir.

*****

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Ermənistan ordusunun Baş Qərargah rəisinin müavini, general-leytenant Aykaz Bəhmənyan vəzifəsindən kənarlaşdırılıb. Bununla bağlı Serj Sərkisyan fərman imzalayıb. Ondan az öncə isə Bəhmənyanın müdafiə naziri Vigen Sərkisyanın məsləhəti ilə istefa ərizəsi yazdığı bildirilirdi.

Jurnalistlərə açıqlama verən hərbi nazir bunu generalın vəzifə səlahiyyətlərini lazımınca icra edə bilməməsi ilə əlaqələndirmişdi. Lakin o, fikrini konkretləşdirməmişdi. Ancaq belə görünür, “vəzifəsinin öhdəsindən gəlməyən” təkcə Bəhmənyan deyil. Erməni nəşrlərindən biri dünən yazıb ki, tezliklə Baş Qərargah rəisi Movses Akobyan da öz postu ilə vidalaşa bilər.

Image result for Movses Akobyan

Nəşrin iddiasına görə, Akobyanın fəaliyyəti də müxtəlif səbəblərdən hakimiyyəti qane eləmir. Musavat.com-un məlumatına görə, qəzet Akopyana alternativ da tapıb. Onu bu postda qondarma “DQR”in “müdafiə naziri” Levon Mnatsakanyanın əvəz edəcəyi deyilir.

Xatırladaq ki, parlamentli idarəçilik sistemində baş qərargah rəisinin mövqeyi, əmr və göstərişləri müharibə vaxtı həlledici əhəmiyyət daşıyacaq. İstisna deyil ki, generalların dəyişdirməkdə əsas hədəf də Sərkisyana daha loyal generalitet formalaşdırmaqdır. Bu isə Levon Mnatsakanyan kimi “Qarabağlı” generallar, daha doğrusu, Sərkisyanın həmyerlilərinin yüksək vəzifələrə gətirilməsi sayəsində mümkündür.

Ehtimal eləmək olar ki, aprel yaxınlaşdıqca Sərkisyanın əsəbləri daha da gəriləcək və onun bilavasitə rüsxəti ilə Ermənistanın hakim elitasında “Qarabağ klanı”nın çəkisi artacaq. Bu, Ermənistanın indiki prezidentinə həm də öz hakimiyyətini qoruyub saxlanmaqdan ötrü lazımdır. Yada salaq ki, 2008-ci ildə S.Sərkisyan məhz 8 dinc nümayişçini gülləməklə birinci müddətə prezidentlik postuna yiyələnə bilmişdi.

Related image

Ölkə daxilində indiki hakim rejimə, daha dəqiqi, “Qarabağ klanı”nın 19 ildir davam edən (1998) şəriksiz hakimiyyətinə münasibət isə birmənalı deyil. Hər necə olmasa, müharibənin “qalibi” olan Ermənistanda sosial-iqtisadi durum ilbəil daha da pisləşir, ölkədən kütləvi köç güclənir. Bu və digər səbəbdən, Sərkisyan rejimi Qarabağ məsələsində kiçicik kompromisin belə, ona baha başa gələcəyindən ehtiyatlanır. Qarabağ məsələsində radikal mövqe isə öz növbəsində müharibəni qaçılmaz edəcək, Rusiya amilinin Ermənistan üçün önəmini yenidən gündəmə gətirəcək.

*****      

Maraqlıdır ki, bu arada Ermənistanda yeni bir antirusiya isteriyası baş qaldırıb. Səbəb də noyabrın 24-də Ermənistanın Avropa Birliyi ilə çərçivə sazişi imzalamasından sonra Rusiyanın bir sıra aparıcı telekanallarında (NTV, “Zvezda”) ermənilərin ruslara, Kremlə münasibətdə ikiüzlülüyünün faş edilməsi, “iki stul”da oturmağa çalışan Sərkisyanın (onun timsalında erməni xalqının) “gəzəyən qıza” bənzədilərək təhqir edilməsidir.

Image result for Aprel döyüşləri

Qeyd edək ki, Ermənistandan səslənən tələblərə rəğmən, bu günədək telekanal əməkdaşlarının heç biri işlədilən aşağılayacı ifadələrə görə ermənilərdən üzr istəməyiblər. Belə təəssürat yaranır ki, Ermənistana, ermənilərə münasibətə belə sərt yanaşmanın (əslində gerçəkçi bir yanaşmadır, çünki ermənilər tarixən öz sahiblərinə xəyanət edə-edə gəlirlər) elə rəsmi Kremlin iradəsi dayanır.

Image result for Aprel döyüşləri

Bununla belə, işğalçı ölkədə Rusiya əleyhinə çağırışlar davam edir. Məsələn, “Ermənistan dövləti naminə” Fond təklif edib ki, etiraz əlaməti olaraq, Ermənistan ərazisində Rusiya telekanallarının yayımı dayandırılsın. Bu, ilk belə sərt çağırışdır. Fondun üzvü ArmenOvanisyan mövcud vəziyyətin yaranmasında hazırkı hakimiyyəti də ittiham edib. Eyni zamanda Sərkisyan hökumətini belə təşəbbüslərə dəstək verməməkdə qınayıb.

Məsələ də bundadır ki, belə çağırışlara dəstək vermək elə “oturduğun budağı” kəsmək kimi bir şeydir. Konkret Serj Sərkisyana gəlincə, bu, gələn ilin martında daha 6 illiyə prezident mandatı qazanacağı şübhə doğurmayan Vladimir Putinin qarşısında özünü “yandırmaq” demək olardı. Aprel “yerdəyişməsi” ərəfəsində Sərkisyana bu lazımmı?//Yeni Musavat

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : sarkisyan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 16:01



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com