Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Dekabr

2017
17:06
Alimlər insan orqanizminin son imkan həddini müəyyən ediblər

İnsanlar öz imkanlarının son həddinə çatıblar. FaktXeber.com-un Vista-ya istinadla məlumatına görə,  bu barədə uzun illərdir ki, insan orqanizminin imkanlarının öyrənilməsi ilə məşğul olan fransalı alimlər bildiriblər.

Araşdırmaçılar son 120 ildə insan bədəninin vəziyyətini analiz ediblər. Eksperiment nəticəsində  müəyyən olunub ki, insanlıq öz imkanlarının pik həddinə çatıb. Alimlərin fikrincə bundan sonra intellektual və fiziki  imkanları artırmaq ancaq süni yolla orqanizmə təsir etməklə mümkün ola bilər. Mütəxəssislər müdaxilənin  nə formada olacağını hələ müəyyənləşdirə bilməyiblər, ancaq bu yöndə işlərin getdiyini bildiriblər.

Son araşdırmalara görə, planeitn ən hündür  kişiləri Niderland sakinləridir, onların boyunun orta ölçüsü 185 sm-dir.

Ən uzunömürlülər isə Yaponiyada  qeydə alınıb, onların da əksəriyyəti qadınlardır. Onlar orta hesabla 86,3 il yaşayırlar.

İnsan imkanlarının inkişafına mane olan faktorlar kimi isə alimlər zərərli vərdişlər, düzgün olmayan qidalanma, orqanizmə kimyəvi təsirləri göstərirlər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 23:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com