Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Dekabr

2017
16:38
Şehiç Çempionlar Liqasının simvolik yığmasına düşüb

FaktXəbər-in məlumatına görə, Azərbaycanın “Qarabağ” futbol klubunun qapıçısı İbrahim Şehiçin adı Çempionlar Liqasının qrup mərhələsinin simvolik yığmasına daxil edilib. Buna səbəb bosniyalı qapıçının qrup mərhələsində "Roma", "Atletiko" və "Çelsi"yə qarşı oyunlarda öz ustalığını nümayiş etdirməsidir. 

Dünya liqalarında, əsasən, planetin aparıcı çempionatlarında, həmçinin beynəlxalq turnirlərdə futbolçuların və klubların statistik göstəriciləri üzrə ixtisaslaşan “Whoscored.com” portalı “Qarabağ”ın qapıçısına ötən mərhələ üçün 7,4 bal qiymət verib.

Portalın tərtib etdiyi simvolik yığmada Con Stounz, Naço Fernandes, Dani Alves, Leven Kurzava, Filippe Koutinyo, Eden Azar, Məhəmməd Salah, Neymar, Harri Keyn və Kriştianu Ronaldunun da adlarına rast gəlmək mümkündür.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Şehiç 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 15:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com