Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Dekabr

2017
14:07
3452
Avtobus sürücülərinin daha bir özbaşınalığı

Payız və qış aylarında yağışın davamlı yağması bir sıra hallarda tıxacın yaranmasına səbəb olur. Bəzi avtobus sürücüləri isə bu haldan istifadə edərək hərəkət sxemini müəyyən qədər dəyişirlər. Beləliklə, bəzi sürücülər tıxaca girərsə, intervalda gecikmələr olacağını əsas gətirib sərnişinləri bir neçə dayanacaq əvvəldə düşürür. Bu isə təbii olaraq, sərnişinlərin narazılığına səbəb olur.

Bakıda 36 saylı marşrut üzrə hərəkət edən davtobusların da yağışlı havalarda və tıxaclar zamanı hərəkət sxemindən yayınması ilə bağlı sərnişinlər tez-tez şikayət edirlər. Belə ki, sürücülər avtobusların gecikməsini səbəb göstərərək, bəzi hallarda hərəkət sxemində nəzərdə tutulmuş dayanacaqlara sürmürlər. Sərnişinlərin dayacağa çatmamış düşməsini tələb edirlər.

Bununla bağlı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayevlə əlaqə saxladıq. Mais Ağayev Modern.az-a açıqlamasında qeyd edib ki, əgər sürücü yagışlı havalarda, tıxac yarandığı halda sırf intervalında gecikmələr olacaq deyə, yolunu dəyişərsə, bu qayda pozuntusudur.

“Tələblərə görə bu hal baş verməməlidir. İstənilən halda, sərnişin etiraz etsə də-etməsə də, xəbərdaqlıq olunmadan marşrut xətdən yayına bilməz. Tixacdısa, hamı tıxacda qalıb. Bunu əsas gətirərək, intervala görə yolu dəyişmək olmaz.Biz bu müraciət əsasında 36 saylı avtobus daşıyıcısı ilə əlaqə saxlayıb belə hala yol verən sürücü ilə bağlı tədbir görməyi daşıyıcıdan tələb edəcəyik”.

Mais Ağayev deyib ki, sürücü yalnız xəbərdarlıq olunduğu halda hərəkət sxemindən yayına bilər. 

“Hər bir avtobusun fəaliyyət göstərdiyi marşrut üzrə öz hərəkət sxemi var. Yalnız yolda hər hansı tədbir keçirildikdə, səlahiyyətli dövlət qurumları tərəfindən göstəriş olduğu halda digər nəqliyyat vasitələri kimi avtobuslar da alternativ yollara istiqamətlənir. Və bu dəyişiklik bir neçə gün davam edirsə,  həm sərnişinlər, həm də sürücülər məlumatlandırılır. Bir neçə saatlıq dəyişdirildikdə isə sərnişinlərə sürücü tərəfindən məlumat verilir”.

Məqalədə : Avtobus sürücüləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
582

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
422

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
438

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
485

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
514

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
489

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1087

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
883
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 07:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru