Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Dekabr

2017
12:01
1841
Vəkil yüksək bilik və bacarığa malik olmalıdır
Anar Bağırov: Vəkilliyə bir vaxtlar istefaya getmiş hüquqşünaslar üz tutur

"Mən şəxsən vəkilliyə qəbul prosesində keçid balının aşağı salınmasının tərəfdarı deyiləm".

FaktXəbər-in APA-ya istinadən məlumatına görə, bunu Vəkillər Kollegiyasının yeni seçilmiş sədri Anar Bağırov bildirib.

A. Bağırov deyib ki, məhkəmə prosesində prokuror və hakimlər yüksək savada malik olur: "Belə olan halda müdafiəçi kimi çıxış edən vəkil də yüksək bilik və bacarığa malik olmalıdır. Ancaq keçid balı məsələsi Vəkillər Kollegiyası tərəfindən tənzimlənmir, bizim qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququmuz yoxdur. Ədliyyə Nazirliyinin İxtisas Komissiyası keçid balının aşağı salınması barədə qərara gəlsə, biz etiraz etməyəcəyik".

A. Bağırov vəkilliyə qəbulda iş stajı məsələsinə yenidən baxılmasına tərəfdar olduğunu da vurğulayıb: "Hazırda vəkilliyə qəbul üçün 3 il əmək stajı tələb olunur. Vəkilliyə bir vaxtlar istefaya getmiş hüquqşünaslar, bu və digər səbəbdən vəzifədən çıxanlar üz tutur. Biz ali məktəbi bitirən savadlı gənc hüquqşünasların vəkilliyə üz tutmasını istəyirik". 

Məqalədə : Anar Bağırov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2018 15:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com