Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Dekabr

2017
10:28
17311
Azərbaycanlı gəncdən `Qarabağ` avtomobili - FOTO

Azərbaycanlı gənc Ramil Nəcəfov “Qarabağ” avtomobil modelinin dizaynını hazırlayıb. FaktXəbər-in məlumatına görə, bu barədə AZƏRTAC-a məlumat verən istedadlı gənc dizayner bildirib ki, “Qarabağ” adlı 4x4 modelini Avropa dizayn məktəbinə məxsus, İtaliyanın Avtomobil dizayn mərkəzinə (Car Design Schools) göndərməyi düşünür: “Məqsədim “Qarabağ” modelinin dünyada avtomobil dizaynı üzrə nüfuzlu saytda dərc olunmasıdır. Düşünürəm ki, bundan sonra da avtomobil sahəsində dizayn təhsilimi daha da inkişaf etdirmək üçün yol açılacaq”.

Gənc dizayner ilk dəfə BMW modelinin yeni dizaynını hazırlayıb. Alman konserninin nümayəndələri azərbaycanlı dizaynerin eskizlərini bəyəniblər. R.Nəcəfov konserndə işə qəbul olunmaq üçün müraciət etsə də, qarşısına Avropada təhsil almaq tələbi qoyulduğundan bu arzusunu reallaşdıra bilməyib. Daha sonra o, “Azerant”, “Azerant Buta” avtomobillərinin və “Xəz-747” bombardmançı qırıcı təyyarəsinin dizaynını işləyib.

Onun ən böyük arzusu bu sahədə təhsilini və təcrübəsini daha da artırmaqdır.

Məqalədə : Ramil Nəcəfov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
31

Bir gündə 28 nəfər saxlanılıb

18

May
15:15
HÜQUQ,HADİSƏ
102

Bu il 15 rayonda pambıq əkilib

18

May
14:55
İQTİSADİYYAT
116

Laçının işğalından 27 il ötür

18

May
11:35
ÖLKƏ
236
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 13:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru