Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Dekabr

2017
10:05
5981
`Roma`nın baş məşqçisi Əfran İsmayılovdan danışıb

"Ev matçımızda "Qarabağ" start heyətində dəyişiklik etdi. İlk "11-liy"ə oyun üslubuna bələd olmadığımız Əfran İsmayılov daxil edildi".

FaktXəbər-in "Report"a istinadən verdiyi məlumata görə, bunu İtaliyanın "Roma" klubunun baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının qrup mərhələsinin son tur qarşılaşması barədə danışarkən deyib. O bildirib ki, "Qarabağ"ı 1:0 hesabı ilə yendikləri görüşdən əvvəl Alessandro Florentsi və Aleksandar Kolarova İsmayılovu izləməyi tapşırıb: "Əfranın oyununu bir neçə dəqiqə ərzində Florentsi və Kolarova göstərdim. Oyun qaydalarımız yox, yalnız bizə köməyi dəyə biləcək xırda məqamlar rəqibə görə dəyişir. Rəqibin heyəti ilə bir qədər gec tanış olursan, amma bu, vacibdir. Rəqibin bizə qarşı hansı heyətlə oynayacağını bilməliyik".

Qeyd edək ki, Əfran İsmayılov "Roma" ilə səfər matçında 76 dəqiqə meydanda olub. O, Çempionlar Liqasının qrup mərhələsində ilk dəfə start heyətində çıxış edib

Məqalədə : Əfran İsmayılov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-07-2018 14:40



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com