Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

08 Dekabr

2017
09:45
4641
Kitabxanada Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanasında görkəmli şair Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

FaktXəbər-in məlumatına görə, tədbirdə kitabxananın müdiri Gülşən Abbasova, filologiya elmləri doktoru Mahirə Quliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işçisi Şəfa Muradova, Təhsil Nazirliyinin əməkdaşı Gülarə Xudiyeva çıxış edərək Vaqif yaradıcılığı haqqında məlumat veriblər.

Qeyd edilib ki, şairin adının UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi ölkəmizin çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür. Vaqif öz ədəbi və siyasi fəaliyyəti ilə xalqla bağlı mütərəqqi şəxsiyyətlərdən biri olduğu kimi, Azərbaycan ədəbiyyatının yeni istiqamətdə inkişafına kömək etmiş qüdrətli bir sənətkardır. Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir.

Tədbirdə Səməd Vurğunun “Vaqif” dramından səhnələr və Azərbaycanın milli rəqsləri təqdim olunub. Həmçinin, Vaqifin yubileyinə həsr olunmuş şeir müsabiqəsində iştirak edən şagirdlərin ifasında şairin şeirləri dinlənilib.

Sonda filialın müdiri G.Abbasova müsabiqədə iştirak edən şagirdlərə fəxri fərmanlar təqdim edib.

Məqalədə : mədəniyyət nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu 4 restoran bağlana bilər - ADLARI

22

Aprel
15:26
ÖLKƏ
374

Piylənmənin yaddaşı niyə pozduğu məlum olub

22

Aprel
15:03
AİLƏ, SAĞLAMLIQ
487

Günün qarşılaşmaları TV AFİŞA

22

Aprel
14:14
İDMAN
52

Aparıcını şoka salan qol - VİDEO

22

Aprel
12:50
İDMAN
162
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-04-2019 16:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru