Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

07 Dekabr

2017
23:05
345
Gələn il Azərbaycanda daha 10 xalça fabriki açılacaq

“Azərbaycanın qədim xalçaçılıq sənəti var. Ölkəmizin müxtəlif bölgələrində özünəməxsus xalçaçılıq əsərləri mövcuddur. Quba da həmişə xalçaçılıq mərkəzlərindən biri olub. Qubanın xalçaları həm ölkəmizin, həm də xarici ölkələrin muzeylərində nümayiş etdirilir”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında xalçaçılarla görüşü zamanı deyib:

“Qubada həmişə çox güclü xalçaçılıq ənənələri olub. Hazırda Qubada xalça istehsal edən bir neçə müəssisə fəaliyyət göstərir. Onlardan biri də “Azərxalça”nın bu fabrikidir. Biz “Azərxalça”nı bu yaxınlarda yaratmışıq. Artıq “Azərxalça”nın xətti ilə on fabrik istifadəyə verilib. Mən Horadiz və Şəmkir xalça fabriklərinin açılışlarında olmuşam. Bu gün biz bu fabrikin açılışını qeyd edirik. Eyni zamanda, yeddi digər fabrik fəaliyyətdədir. Gələn il isə ölkəmizin müxtəlif yerlərində əlavə on xalça fabriki açılacaq. Beləliklə, 20 yeni xalça fabriki işə düşəcək”.

Dövlət başçısı deyib ki, xalçaçılıq fabriklərində işləyənlərin mütləq əksəriyyəti qadınlardır: “Burada qadınlar üçün də yaxşı iş şəraiti yaradılıb. Qadınların məşğulluğu bizim üçün çox vacibdir. Xalçaçılıq qadın sənətidir. Bəli, qadınlar bu sənəti yaşadırlar. Hər fabrikdə təqribən 150 iş yeri yaradılır və 20 fabrikdə ən azı üç min qadın işlə təmin olunacaq. Xalçaçılıq bizim milli sərvətimizdir. Siz bu sərvəti qoruyursunuz, bu sənəti yaşadırsınız. Biz də kömək edirik ki, bu sənət daimi olsun və nəsildən nəsilə davam etsin”.

Məqalədə : xalça 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:29

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru