Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

07 Dekabr

2017
18:27
525
BDU professoru ilə bağlı 41 minlik qalmaqal

Bir neçə aydı Bakı Ağır Cinayətlər Məhkəməsində dörd uşaq anası, beşinciyə də hamilə olan 29 yaşlı Mehriban Quliyevanın mühakiməsi gedir. O, Bakı Dövlət Universitetinin müəllimi Aidə İbrahimovanın evindən pul və qızıl oğurluğunda suçlanır.

Mehriban Quliyevaya CM-nin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham verilib. Amma ailə vəziyyətini, həmçinin öz durumunu nəzərə alaraq, istintaq və məhkəmə dövründə onu həbs eləməyiblər. Onun uşaqlarının ən böyüyünün 9, ən kişinin isə 3 yaşı var. Hərçənd, məhkəmədə ev sahibi onun haqqındakı qətimkan tədbirinin dəyişdirilməsi, həbs edilməsini istəyib.

Mehriban Quliyeva məhkəmədə etiraf edib ki, xidmətçi işlədiyi evdən oğurluq edib, pul və qızıl götürüb. Amma deyir ki, Aidə Quliyeva ona dəymiş ziyanın məbləğini çox şişirdir. Təqsirləndirilən qadının sözlərinə görə, onun vurduğu ziyanın 10 min manatdan çox olmayıb. Bunun da 7 minini istintaq dövründə ödəyib: “Məbləği 30 mindən çox şişirdir”.

Məhkəmədə prokuror Mehriban Quliyevanın 8 il azadlıqdan məhrum edilməsini, onun məhkəmə zalında həbs olunmasını istəyib.

Zərərçəkmiş qismində tanınan professor isə 8 illə razı deyil. O, keçmiş xidmətçisinə daha ağır cəza verilməsini istəyir.

Dekabrın 7-də məhkəmədə təqsirləndirilən şəxsin vəkili çıxış edib. O, Mehriban Quliyevanın öhdəsindəki azyaşlıların, həmçinin özünün hamilə olmasının nəzərə alınmasını, ona həbslə bağlı olmayan, alternativ cəza verilməsini istəyib.

Dekabrın 14-də isə qadın özü çıxış edəcək və ardınca da haqqındakı hökm elan olunacaq.

Məqalədə : məhkəmə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 04:07

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru