Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2017
18:20
Əflatun Amaşov saytların bloklanması barədə

"Jurnalistlərin təhqir olunması və digər məsələlər, bunların hamısı kifayət qədər ciddi məsələlərdir", - Mətbuat Şurası İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bəzi xəbər saytlarının bloklanması məsələsini şərh edərkən deyib. O qeyd edib ki, "ictimai fikrə təsir göstərən və jurnalistika missiyasını öz öhdəsinə götürən heç bir sayt bloklana bilməz və bloklanmayıb". Eyni zamanda saytların bloklanması, ancaq məhkəmənin qərarı ilə həyata keçirilə bilər.

Ə.Amaşovun sözlərinə görə, vətəndaşlar şəxsi həyata müdaxilə və digər pozuntularla bağlı Mətbuat Şurasına mütəmadi olaraq müraciət edirlər.

Ayrı- ayrı şəxslər, qruplar özlərinin rəqibləri ilə mübarizədə mediadan istifadə edirlər. Ailə məsələlərinə müdaxilə edərək yalnış, alçaldıcı məlumatlar yayırlar.

Eyni zamanda o, belə pozuntularla bağlı konkret faktlar göstərməyib, hansı saytları nəzərdə tutduğunu deməyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Əflatun Amaşov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 03:45



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com