Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

07 Dekabr

2017
17:57
522
Vəkil: “İlqar Məmmədov xahiş etməyəcək”

"İlqar Məmmədov şərti olaraq vaxtından əvvəl həbsdən buraxılmaq üçün müraciət etmək niyyətində deyil."

FaktXəbər-in məlumatına görə, bunu REAL Hərəkatının liderinin vəkili Fuad Ağayev prezidentin xarici siyasət üzrə köməkçisi Novruz Məmmədovun bugünkü fikirlərini Turan-a şərh edərkən bildirib.

O, hökumətyönlü KİV-ə bildirib ki, İ.Məmmədov cəzasının üçdə ikisini çəkdiyinə görə şərti olaraq vaxtından əvvəl azadlığa buraxıla bilər.

"İlqar Məmmədovu hakimiyyət həbs edib, o da azad etməlidir", - vəkil vurğulayıb.

Onun sözlərinə görə, İ.Məmmədov şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmaq üçün xahiş etmək, sonra da elektron bilərzikdə gəzmək niyyətində deyil.

Dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana qarşı prosedura başlayıb. Səbəb İ. Məmmədovun azadlığa buraxılması barədə Strasburq məhkəməsinin qərarının icrasından imtinadır.

N.Məmmədov AŞ baş katibi Turbörn Yaqlandın şəxsi qərəzli olduğunu da bildirib. O, Yaqlandın İ. Məmmədovun işindən istifadə edərək Azərbaycanı "cəzalandırmaq" istədiyini deyib.

Məqalədə : İlqar Məmmədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 04:06

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru