Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

07 Dekabr

2017
16:59
561
Bacı-qardaşı xüsusi amansızlıqla öldürən şəxs ömürlük cəzaya məhkum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

A. Cəfərov son söz deməkdən imtina edib.

Bundan sonra məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, A. Cəfərov ömürlük azadlıqdan məhrum edilib.

***

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istinaqının tamamlandığı elan edilib.

Sonra prokuror Fəhmin Quliyev çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib. O, A. Cəfərovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Hazırda məhkəmə iclası davam etdirilir. 

Xatırladaq ki, bu il aprelin 2-də Keşlə qəsəbəsində Fəridə Qasımovanın meyiti evinin qarşısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub.

Onun idarə etdiyi “BMW” markalı avtomobildə L. Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

Məqalədə : ömürlük həbs 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 04:31

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru