Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

07 Dekabr

2017
16:40
738
Gənc fiziklərin və kimyaçıların müsabiqələrinin II mərhələsi başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələrinin II mərhələsi yekunlaşıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən FaktXəbər-ə verilən məlumata görə, gənc fiziklərin yaradıcılıq müsabiqəsinin II mərhələsi dekabrın 6-da, gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin II mərhələsi isə dekabrın 7-də təşkil olunub.

Hər iki müsabiqə Nərimanov rayonu üzrə 57, Nəsimi rayonu üzrə 159, Səbail rayonu üzrə 49, Xətai rayonu üzrə 249, Qaradağ rayonu üzrə 233, Nizami rayonu üzrə 70, Xəzər rayonu üzrə 156, Yasamal rayonu üzrə 158, Suraxanı rayonu üzrə 318, Sabunçu rayonu üzrə 252 nömrəli tam orta məktəblərdə, Binəqədi rayonu üzrə 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində, Pirallahı rayonu üzrə isə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Pirallahı rayonunda yerləşən binasında baş tutub.

II mərhələdə iştirakçılar 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər.

Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, məsələ isə 5 balla  müəyyənləşdiriləcək.

II mərhələdə hər rayon üzrə I yeri qazanmış komanda növbəti mərhələdə iştirak etmək üçün vəsiqə alacaq. Final mərhələsində (III mərhələdə) hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda iştirak edəcək və ilk 3 yeri tutmuş komandalar qalib hesab olunacaq.

Qeyd edək ki, məktəblilərin fizika  və kimya fənlərinə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edilən müsabiqələrdə IX, X, XI sinif şagirdləri iştirak edir.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 04:25

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru