Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

07 Dekabr

2017
16:19
555
Hüquq müdafiəçiləri prezidentə müraciət edib

Azərbaycanın bir sıra insan haqları müdafiəçiləri Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

Müraciətdə deyilir: "Hörmətli cənab Prezident!

Çox çətin geopolitik şərtlər altında Azərbaycan dövlətinin güclənməsi üçün gördüyünüz işlər ölkədə vətəndaş sülhünə töhfə verməkdədir. Ancaq insan haqları sahəsində həllini gözləyən bir sıra problemlər var ki, onları yenidən sizin diqqətinizə çatdırmağı özümüzə borc bilirik.

Eleonora Ruzvelt tərəfindən hazırlanan Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 illiyi 2018-ci ildə bütün dünyada böyük təntənə ilə qeyd olunacaq. Təbii, sivil dünyanın bir parçası kimi insan hüquq və azadlıqlarına dəyər verən Azərbaycan Respublikası bu prosesdən kənarda qalmayacaq. Ümid edirik ki, uzun illərin ənənəsini davam etdirərək bu il də bir sıra məhbusların azad edilməsinə fərman verəcəksiniz.

Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 illiyinin astanasında Sizə müraciət edərək rəsmi Bakı ilə beynəlxalq qurumlar arasında müzakirə obyekti olan məhbusların azad edilməsini rica edirik. Sizin bu humanist addımınız, biz hüquq müdafiəçilərinin bayramına böyük hədiyyə olar, eyni zamanda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində cəmiyyətdə vətəndaş sülhünün yaranmasına xidmət edər".

Müraciəti Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Haqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi İctimai Birliyinin sədri Səadət Bənənyarlı, Hüquq Müdafiə Mərkəzi İdarə Heyətinin üzvü Zəlihə Tahirova, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı İB-nin sədri Mirvari Qəhrəmanlı, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva və  Humanitar Tədqiqatlar Mərkəzi İB-nin sədri Əvəz Həsənov imzalayıblar.

Məqalədə : müraciət 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 04:32

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru