Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2017
15:39
Nazirlik professor-müəllimləri işə dəvət edir

Təhsil Nazirliyinin SABAH qruplarında 2017 - 2018-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq üçün professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan olunub.

Nazirlikdən FaktXəbər-ə verilən məlumata görə, müsabiqədə iştirak üçün son müraciət tarixi 17 dekabrdır.

Seçim zamanı müvafiq sahə üzrə ali təhsil müəssisəsində tədris təcrübəsi olan, Fəlsəfə doktoru və Elmlər doktoru elmi dərəcələrinə malik və xaricdə ali təhsil almış namizədlərə üstünlük veriləcək.

Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çoxu 2 fənn üçün müraciət edə bilər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Təhsil Nazirliyi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 08:00



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com