Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

07 Dekabr

2017
15:07
669
Saakaşvilini hotelin hamamına buxarmadılar

FaktXəbər-in verdiyi məlumata görə, Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili qanunsuz olaraq "Kiyev" hotelinin hamamından istifadə etmək istəyib. Bu barədə "RİA Novosti" xəbər verir.

Məlumata görə, Ukraynada axtarışda olan Saakaşvili hotelin hamamından gizlicə istifadə etmək istəsə də, buna imkan verilməyib. Nəticədə siyasətçi Ali Rada qarşısında qurulan çadıra qayıtmaq məcburiyyətində qalıb. 

Daxili İşlər Nazirliyinin kollegiya üzvü, "Narodnı front" partiyasından deputat Anton Qeraşenko bildirib ki, hazırda axtarışda olan Saakaşvili yaraqlıları ətrafına yığıb və qan tökmək fikrindədir: "Onun arzusu çoxlu qan tökmək və özünü döyülmüş kimi göstərməkdir. Hakimiyyət hadisələrin bu cür inkişafına imkan verməyəcək".

Məqalədə : Saakaşvili 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 04:27

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru