Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

07 Dekabr

2017
14:01
477
Türkiyədə bahalı evlər alan Azərbaycanlılar artır

Azərbaycanlılar Türkiyədən bahalı evlər almağa başlayıblar. FaktXəbər-in verdiyi məlumata görə, bunu Fins.az-a açıqlamasında Türkiyənin “Elit Group” inşaat, əmlak və investisiya şirkətinin nümayəndəsi Yulia Barsan deyib.

Onun sözlərinə görə, şirkətin əsas premium müştərilərinin bir hissəsi varlı Azərbaycan vətəndaşlarıdır.

O bildirib ki, hazırda şirkətin Alanya bölgəsində tikdiyi layihələrdə evlərin qiyməti 50 min avrodan başlayır. Azərbaycanlı müştərilər əsasən 500 min -1 milyon avro dəyərində evləri, villaları alırlar. Söhbət dəyəri 2 milyon manat olan evlərdən gedir.

Y.Barsan  azərbaycanlı müştərilərin hər il artdığını bildirib. Belə ki, 2017-ci ildə şirkətin Azərbaycandan olan müştərilərinin sayı ötən illə müqayisədə 10% artıb: "Azərbaycanda daşınmaz əmlak sərgisində iştirak etməyimiz də məhz yeni müştərilər cəlb etməklə bağlıdır. Bizi Azərbaycandakı daşınmaz əmlak sərgisinə də varlı müştərimiz dəvət etdi. Buradan yeni müştərilər əldə edəcəyimizə ümid edirik”.

Məqalədə : bahalı evlər 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 04:23

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru