Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

07 Dekabr

2017
12:34
468
HƏMAS: `Qərbi və Şərqi Qüds deyə bir şey yoxdur`

FaktXəbər-in verdiyi məlumata görə, Fələstinin islami Müqavimət Hərəkatı olan HƏMAS-ın lideri İsmayıl Haniyyə Qüdslə bağlı mühüm bəyanatlar verib. O, bildirib ki, sionist İsrail rejiminin Fələstin torpaqlarındaki varlığını qəbul etməyəcə.

"Qərbi və Şərqi Qüds deyə bir şey yoxdur. Bir Qüds var, o da Fələstinin paytaxtı müsəlmanların Qüdsüdür. Artıq nə sülh prosesi, nə də əsrin bazarlığı deyə bir şey qalmayıb. Təcili şəkildə yalnız fələstinlilərin qatılacağı geniş bir toplantının keçirilməsi lazımdır. Mahmud Abbas rəhbərliyi İsraillə təhlükəsizlik koordinasiyasını dayandırmalıdır. ABŞ-ın qərarı müharibə elanıdır. İslam dünyası Amerikaya qarşı birləşməlidir",-deyə İsmayıl Haniyyə əlavə edib.

HƏMAS lideri həmçinin vurğulayıb ki, ABŞ tərəfindən dəstəklənən sionist işğalçılarla mübarizə aparmağın bir yolu var, o da intifadadır. 

Məqalədə : Qüds 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 04:17

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru