Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

07 Dekabr

2017
10:08
408
12 yaşlı məktəblinin ölümü araşdırılır - RƏSMİ

Ailə, Qadın və Uşaq Məsələləriüzrə Dövlət Komitəsi Ağdaşda sakini 12 yaşlı İsmayıl Adıgözəlovun intiharı ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Modern.az-a Komitənin  İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova məlumat verib.

A.Veysəlova bildirib ki, Ağdaşdakı monitorinq qrupu ilə əlaqə yaradılıb:

“Bildiyiniz kimi, Komitənin hər bir rayonda monitorinq qrupu var. Qrupa bizim tərəfimizdən rəsmi müraciət olunub. Hazırda hüquq-mühafizə orqanları tərəfindən də araşdırmalar aparılır. Həmin rayonda olmasa da, qonşu rayondakı uşaq və ailələrə dəstək mərkəzin nümayəndələri ailə ilə görüşəcəklər. Görüşdən, həmçinin araşdırmalardan sonra məsələyə rəsmi açıqlama veriləcək”.

Qeyd edək ki, Ağdaşda 12 yaşlı məktəbli - 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu dekabrın 3-də yaşadığı evin həyətindəki tövlədən özünü asaraq intihar edib.

Məqalədə : Dövlət Komitəsi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 04:10

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru