Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

07 Dekabr

2017
09:58
1575
Şahdağ, Şəki və Qubada güclü qar yağır - FOTO-VİDEO

Dekabrın 6-sı gündüzdən 7-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində dekabrın 6-sı gündüzdən 7-si səhərədək hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi rayonlarda qar isə yağıb, bəzi yerlərdə intensiv olub. Şimal-qərb küləyi əsib, ayrı-ayrı rayonlarda arabir güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0-2, Böyük Qafqazda 6-24, Naxçıvan MR-də 2-9, Lənkəran-Astara zonasında 2-14, Mərkəzi-Aran rayonlarında 2-13, Kiçik Qafqazda 1-6, Qazax-Gəncə zonasında və Naxçıvan MR-də 1-4 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Şahdağda 33, Xınalıq, Sarıbaşda 28, Ləzə, Qırızda 20, Xaltanda 19, Qonaqkənddə 18, Nohurdüzü, Kişçayda 17, Altıağacda 14, Qusarda 12, Gədəbəydə 8, Qudyalçay-Qırız məntəqədə 6, Ağdərə, Rvarudda 6, Təngəaltı, Daşkəsən, Yardımlıda 5, Ordubadda 4, Qubada 3, Kəlvəzdə 2, Şahbuzda 1 sm olub.

****

Bu gün səhər saatlarından başlayaraq Şəki şəhərinə ilk qar yağmağa başlayıb. Ötən gün axşam saatalrında rayonda hava şəraiti kəskin dəyişib. Hazırda şəhərin mərkəzində güclü qar yağmuru müşahidə olunur.

Qeyd edək ki, Şəkinin dağlıq ərazilərə qar daha öncə düşüb.

****

Qubanın dağlıq ərazilərinə 28 sm hündürlüyündə qar yağıb. Ötən gün axşam saatlarından başlayaraq, şimal bölgəsinin əksər yaşayış məntəqəsində hava yağışlı olub. Dağlıq və dağətəyi ərazilərdə isə qar və sulu qar müşahidə edilib. Qarın hündürlüyü 2-28 sm arasında dəyişir. Ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 28 sm-ə çatır. Qubanin Xaltan kəndində 19 sm, Qırızda 20 sm, Qonaqkənddə 18 sm, rayon mərkəzində 3 sm, Qusarın Ləzə kəndində 20 sm hündürlüyündə qar düşüb. Dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəyə kimi enib.

Məqalədə : qar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 04:09

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru