Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2017
09:23
Qızıl ucuzlaşıb, neft bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,19% - 24 140,91 bəndədək, "S&P 500" 0,01% - 2 629,27 bəndədək ucuzlaşıb, NASDAQ isə 0,21% - 6 776,38 bəndədək bahalaşıb.

Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,28% - 7 348,03 bəndədək artıb, Almaniya DAX-ı 0,38% - 12 998,85 bəndədək, Fransa CAC-40-ı isə 0,02% - 5 374,35 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,70 dollar azalaraq 1265,40 dollara, gümüşün qiyməti isə 0,02 dollar artaraq 15,97 dollara satılıb.

*******

Dünya birjalarında neft yenidən bahalaşır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar və ya 0,38% artaraq 56,17 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,27 dollar və ya 0,44% artaraq 61,49 dollar olub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Neft qızıl 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 18:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com