Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2017
16:45
Yəmənlilər Səudiyyəyə raket zərbəsi endirib - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, Yəmənin "Ənsərullah" hərəkatının döyüşçüləri Səudiyyə Ərəbistanı ərazisinə raket zərbəsi endirib. Bu barədə Teleqramda "Directorate 4" səhifəsi məlumat yayıb. 

Bildirilir ki, Yəmən döyüşçülərinin atdığı "Zilzal-2" tipli raket Səudiyyənin Cizan vilayətinə düşüb. Təlafat barəsində heç bir məlumat verilmir. 

"Ənsərullah" hərəkatı raket hücumu Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəməni bombardman etməsinə cavab xarakteri daşıyır.  

Qeyd edək ki, "Zilzal-2" ballestik raket sayılır və 200 kilometr məsafəni qət edə bilir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Yəmən 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 12:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com