Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

06 Dekabr

2017
15:46
912
Azərbaycanda güzəşt limiti azaldıldı: Cəmi on gün...

Cəzaların İcrası Məcəlləsinin 178-ci maddəsinə (Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə nəzarət) və 182-ci maddəsinə (Şərti məhkum edilmiş şəxslərin məsuliyyəti) dəyişikliklər edilib.

Dəyişikliyə əsasənn, 178.7-ci maddədə "Otuz" sözü "On" sözü ilə əvəz edilib və "edilməyən" sözündən sonra "və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən, onun işinə işlək vəziyyətdə saxlanılması üçün ona xidmət göstərməyən, elektron nəzarət vasitəsini zədələyən və ya digər üsulla yararsız vəziyyətə salan" sözləri əlavə olunub.

Mövcud maddədə deyilir ki, "otuz gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən şəxs ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir".

Təklif olunan variantda isə deyilir ki, "on gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən, onun işinə işlək vəziyyətdə saxlanılması üçün ona xidmət göstərməyən, elektron nəzarət vasitəsini zədələyən və ya digər üsulla yararsız vəziyyətə salan şəxs ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir".

Digər dəyişiklik həmin məcəllənin 182-ci maddəsinə (Şərti məhkum edilmiş şəxslərin məsuliyyəti) edilib. Dəyişikliyə əsasən, 182.5-ci maddədə "Otuz" sözü "On" sözü ilə əvəz edilib və "edilməyən" sözündən sonra "və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməyən, elektron nəzarət vasitəsini zədələyən və ya digər üsulla yararsız vəziyyətə salan" sözləri əlavə olunub.

Mövcud mətndə deyilir ki, "otuz gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən məhkum ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir".

Təklif olunan variantda isə deyilir ki, "on gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməyən, elektron nəzarət vasitəsini zədələyən və ya digər üsulla yararsız vəziyyətə salan məhkum ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir".

Dəyişikliklər "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar təklif edilir.

Dəyişikliklər ötən həftə Milli Məclisin plenar iclasında səsə qoyularaq qəbul edilib.

Məqalədə : güzəşt limiti 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:38

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru