Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2017
15:41
Ukrayna prezidenti şoka düşdüyünü deyib

FaktXəbər-in verdiyi məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin ətrafında yaranan vəziyyəti şərh edərkən bildirib ki, sarsılıb və şoka düşüb.

"Düşünürdüm ki, məni təəccübləndirmək çətindir. Amma dünən bütün ölkə gördüklərindən sonra sarsıldı və şoka düşdü",-deyə Poroşenko əlavə edib. 

Ukrayna prezidenti Saakaşvilinin azad olunması zamanı güc nümayiş etdirən narazı kütlənin təşkilatçıları barədə də tənqidi fikirlər səsləndirib: "Mən dövlətimizin milli maraqlarının peşəkar müdafiəsinə görə güc strukturlarına təşəkkür edirəm. Prezident və hökumət hüquq-mühafizə orqanlarını təhrik edən və qana susayan təşkilatçılardan fərqli olaraq əhalinin dinc etiraz aksiyası keçirmək hüququna hörmət edir".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Poroshenko 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 12:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com