Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

06 Dekabr

2017
15:30
492
Azərbaycanda iki nəfərdə paraqrip, bir nəfərdə adenovirusu aşkarlanıb

“Azərbaycanda oktyabrın 1-dən, yəni qrip müayinələri mövsümünün başladığı gündən indiyə qədər, Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasına ölkənin müxtəlif şəhər və rayonlarından təxminən 63 şübhəli yaxma nümunəsi daxil olub”.

FaktXəbər-in verdiyi məlumata görə, bunu “Report”a açıqlamasında stansiyanın direktor müavini Rita İsmayılova bildirib.

Onun sözlərinə görə, nümunələrin müayinəsi nəticəsində xüsusi təhlükəli kəskin respirator xəstəliklərinin törədiciləri aşkar edilməyib: “Sadəcə qripə bənzər respirator xəstəliklərin növü olan 2 paraqrip və 1 adenovirusu aşkar olunub. Bunlar qrip sayılmır, sadəcə simptomlar oxşar olur. Yəni yüksək hərarət, boğaz ağrısı, öskürək, ürək bulanma, halsızlıq, nadir hallarda qusma da olur”.

R.İsmayılova qeyd edib ki, 51 yaxma nümunəsi 17 yaşına qədər insanlardan götürülüb: “Xəstələrin adətən həkimə müraciət etməməsi nəticəsində qripin ağırlaşmaları baş verir ki, bu da müxtəlif fəsadlara səbəb olur. Xəstə aşkar olunan kimi dərhal həkimə müraciət edərək onun təyin etdiyi dərmanlarla müalicə olunsun”.

Məqalədə : qrip 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:51

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru