Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

06 Dekabr

2017
15:00
5664
Mikayıl Cabbarov təhsildə nə ilə yadda qaldı?

2013-cü il 19 apreldən etibarən təhsil naziri vəzifəsini icra edən Mikayıl Cabbarov bundan sonra vergilər naziri kimi fəaliyyət göstərəcək. M.Cabbarov 4 illik təhsil naziri vəzifəsində kifayət qədər yaddaqalan addımlar atıb, qərarlar qəbul edib, dəyişikliklərə səbəb olub.

2013-cü ildən dünənə qədər təhsil naziri vəzifəsini icra etmiş M.Cabbarovun 4 illik fəaliyyətinin ən yaddaqalanlarını təqdim edirik.

- Müəllimlərin Diaqnostik Qiymətləndirilməsi;

- Təhsildə bütün vəzifələrə işə qəbulun müsabiqə əsasında aparılması;

- Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin müsabiqə əsasında həyata keçirilməsi;

- Məktəb direktorlarının seçiminin müsabiqə əsasında aparılması;

- Olimpiada Hazırlıq Mərkəzlərinin yaradılması;

- İlk Peşə-İxtisas Təhsili üzrə Dövlət Agentliyinin yaradılması;

- Tələbə Kredit Fondunun yaradılması;

- Məktəbəqədər Hazırlıq Qruplarının dövlət hesabına təşkili;

- Tələbələrin yerdəyişməsi və köçürülməsinin elektron sistem əsasında həyata keçirilməsi;

- Bir neçə özəl məktəbin fəaliyyətinin dayandırılması (Təfəkkür Universiteti, Bakı Asiya Universiteti), bəzilərinin birləşdirilməsi (Qafqaz Universitetinin Azərbaycan Mühəndislik Universitetinə);

- Məktəblərdə İş dəftərlərinin istifadəsində məcburiliyin aradan qaldırılması;

- Müəllimlik ixtisasını seçən tələbələrə təqaüd ayrılması;

- Birinci sinfə və Məktəbəhazırlıq Qruplarına elektron qəbulun tətbiqi.

Qeyd edək ki, M.Cabbarov Prezident İlham Əliyevin 5 dekabr 2017-ci ildə tarixli sərəncamı ilə vergilər naziri vəzifəsinə təyin edilib.

Məqalədə : Mikayıl Cabbarov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 04:07

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru