Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2017
14:30
Milyonlarla yəmənli paytaxtda aksiya keçirib - FOTO

FaktXəbər-in verdiyi məlumata görə, Yəmən xalqı dünən "Ənsarullah" hərəkatının baş katibi Əbdülməlik əl-Husinin çağırışına cavab olaraq paytaxt Sənada genişmiqyaslı etiraz aksiyası keçirib. Sabiq prezident Əli Abdullah Saleh, Səudiyyə Ərəbistanı və BƏƏ-nin dövlət çevrilişi cəhdlərinin uğursuzluqla nəticələnməsindən sonra keçirilən nümayişə Yəmən konqres üzvləri də qatılıb. 

"Əl-Məyadin" telekanalı xəbər verir ki, nümayişçilər regionda ABŞ siyasətinin həyata keçirilməsini pisləyən şüarlar səsləndirərək, Birləşmiş Ştatlar və İsrail mallarını boykot edən plakartlar da qaldırıblar. 

Ali Komitənin sədri Məhəmməd Əl-Husi isə Sənada nümayişçilərə xitabən çıxışında bildirib ki, Yəmən xalqının ən əhəmiyyətli xüsusiyyəti təcavüzkarlara qarşı dayanmaqdır və əhali vəhdət şəklində bütün hücumları təsirsiz hala gətirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Yəmən 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 13:00



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com