Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

06 Dekabr

2017
11:04
768
AİP lideri Mövsüm Səmədovun məhkəməsi keçirilib

Bu gün Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun məhkəmə prosesi keçirilib. Məhkəmə Bakı Ali Məhkəməsində baş tutub. FaktXeber.com-un məlumatına görə, Mövsüm Səmədovun vəkili qismində Cavad Cavadov iştirak edib.

Xatırladaq ki, ötən məhkəmə prosesində Mövsüm Səmədovun vəkili Yalçın İmanovun Vəkillər Kolegiyası tərəfindən vəkillik fəaliyyətinin qadağan edilməsi səbəbindən onun da məhkəmədə iştirakı mümkün olmamışdı. Bununla belə, Yalçın İmanov da bu məhkəmədə iştirak edib.

Qaradağ rayon Apelyasiya Məhkəməsinin verdiyi qərar Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılıb. Bundan başqa Cavad Cavadov AİP-in həbsdə olan sədrinin məhkəmədə iştirakı barədə vəsadət qaldırıb, ancaq hakim Əli Seyfəliyev qəbul etməyib.

Bakı şəhər Qaradağ Məhkəməsinin qərarı ilə 14 iyun 2017-ci ildə Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov barəsində 3 il müddətinə Qapalı Tipli Həbsxana rejiminə keçirilib. Həmin qərardan apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxlayıb.

M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Qobustan Qapalı Tipli Təcridxanada saxlanılır. AİP lideri Beynəlxalq Təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.

Məqalədə : Mövsüm Səmədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:35

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru