Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

06 Dekabr

2017
09:08
928
İran Xəzər dənizinə yeni raket gəmisi buraxıb

İran Xəzər dənizindəki donanmasının döyüş tərkibinə ölkədə istehsal olunmuş “Sipər” yeni raket gəmisi daxil edib.  Bu barədə İran Müdafiə Nazirliyinin məlumatında deyilir.

FaktXəbər-in İRİB-ə istinadən məlumatına görə, Bəndər-Ənzəli limanında keçirilmiş təntənəli təhvilvermə mərasimində çıxış edən İranın müdafiə naziri Əmir Hatəmi yeni gəminin bölgədə təhlükəsizliyin və sabitliyin qorunmasına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.    

““Sipər” raket gəmisi kommunikasiya təchizatı və silah kompleksi nöqteyi nəzərdən ən müasir gəmilərdən biridir. Gəmi 2,5 il ərzində inşa edilib və dünyanın digər müasir gəmiləri rəqabət aparmaq iqtidarındadır. Gəmin yüksək manevr və sürətə malikdir, “yer-yer” tipli raketlərlə və havadan müdafiə vasitələri ilə təchiz olunub”, - deyə  Şimal Donanmasının komandanı Əhməd Rza Bakeri bildirib. 

Məqalədə : İran 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2018 18:31

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru