Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

06 Dekabr

2017
09:04
912
Bu gün ÇL-da qrup mərhələsinə yekun vurulacaq

Bu gün futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq. E, F, G və H qruplarında VI tur çərçivəsində baş tutacaq matçlardan sonra 1/8 finala vəsiqə qazanan bütün komandalar bəlli olacaq.

Bu gün meydana çıxacaq kollektivlərdən "Mançester Siti", “Beşiktaş”, “Real Madrid” və “Tottenhem” artıq pley-offa yüksəlib. Son 4 vəsiqəyə isə 7 komanda - "Liverpul", "Sevilya", "Spartak", "Şaxtyor", "Napoli", "Portu" və "Leyptsiq" iddia edir.

“Liverpul”u “Spartak”la matçda heç-heçə də qane edir. Moskvalılar İngiltərədə qalib gələ bilməsələr, “Sevilya” uduzsa belə, yoluna davam edəcək.

“Şaxtyor”un taleyi öz əlindədir. Ukrayna təmsilçisinə “Mançester Siti” ilə dueldə heç-heçə də kifayət edir.

“Portu” “Monako”nu üstələsə, 1/8 finala yüksələcək. “Leyptsiq” isə “Beşiktaş”ı məğlub edib, portuqaliyalıların xal itirməsinə ümid bəsləməlidir.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

6 dekabr

E qrupu

"Liverpul" (İngiltərə) - "Spartak" (Moskva, Rusiya)

"Maribor" (Sloveniya) - "Sevilya" (İspaniya)

Xal durumu: "Liverpul" - 9, "Sevilya" - 8, "Spartak" - 6, "Maribor" - 2.

F qrupu

"Şaxtyor" (Ukrayna) - "Mançester Siti" (İngiltərə)

"Napoli" (İtaliya) - "Feyenoord" (Hollandiya)

Xal durumu: "Mançester Siti" - 15, "Şaxtyor" - 9, "Napoli" - 6, "Feyenoord" - 0.

G qrupu

"Portu" (Portuqaliya) - "Monako" (Fransa)

"Leyptsiq" (Almaniya) - "Beşiktaş" (Türkiyə)

Xal durumu: "Beşiktaş" - 11, "Portu" - 7, "Leyptsiq" - 7, "Monako" - 2.

H qrupu

"Real Madrid" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)

"Tottenhem" (İngiltərə) - APOEL (Kipr)

Xal durumu: "Tottenhem" - 13, "Real Madrid" - 10, "Borussiya" - 2, APOEL - 2.

Məqalədə : Çempionlar Liqası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2018 14:10

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru