Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

05 Dekabr

2017
16:50
1065
Ucadan kitab oxumaq yaddaşı gücləndirir

FaktXəbər-in məlumatına görə, ucadan mətn oxumaq yaddaşın yaxşılaşdırılmasına səbəb olur. Bu barədə Kanadanın Vaterloo Universitetinin psixoloq və neyrofizioloqları tədqiqat keçiriblər. 

Məlum olub ki, hündürdən kitab oxumağın effektivliyi eyni zamanda mətnin daha yaxşı mənimsənilməsinə də kömək edir. 

Alimlər bu prosesin nə cür baş verdiyi öyrənmək məqsədilə 4 qrupdan ibarət 95 könüllünün iştirakı ilə eksperiment aparıblar. Bir qrupun nümayəndələri mətni səssiz oxuyub, ikinci qrup isə eyni yazını səsli variantını dinləyib.

Eksperimentdə işitrak edən üçüncü qrup həmin mətni səsli oxuyub, dördüncü qrup isə oxuduqları mətnin sonradan səsli variantını dinləyib.

Qeyd edək ki, iştirakçılar arasında yazını ən yaxşı yadda saxlayan mətni səsli oxuyanlar olub. Tədqiqatın nəticəsində üzə çıxıb ki, insan öz səsini daha yaxşı yadda saxlayır. Kitab oxuyan şəxsin beyni öz səsi ilə tələffüz olunaraq yadda saxladığı mətnə assosiasiya doğurur.

Məqalədə : Kitab 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:07

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru