Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

05 Dekabr

2017
16:02
1167
Ərdoğan: İŞİD-in Rəqqadan hara aparılacağını bilirəm

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partisininin qrup toplantısında bölgədə oynanan "terror oyunu"nu şərh edib. O, Rəqqadan ABŞ-ın çirkli razılaşması ilə təxliyə edilən İŞİD terrorçularının yeni ünvanını açıqlayıb.

FaktXəbər-in məlumatına görə, Ərdoğan belə deyib:

"Suriya Demokratik Qüvvələrinin (SDQ) sözçü Suriyada terror dəhlizini qorumaq üçün nələr etdiklərini açıqlamışdı. Türkiyənin əməliyyatlarına mane olmaq üçün silah gücünü terrorçulara verən bir müttəfiqin müttəfiqliyini necə qəbul edəcəyik? Bu hiyləgər oyunun gizlənəcək tərəfi qalmayıb. Türkiyə İŞİD ilə faktiki olaraq döyüşən yeganə NATO ölkəsidir. Buradan bir şeyi açıqlayıram: Rəqqa əməliyyatındakı İŞİD terrorçularının göndəriləcəyi yer Misirin Sana səhrasıdır. Orada işlə təmin ediləcəklər. Onların görəcəyi işləri yaxından təqib edəcəyik.

Azad Suriya Ordusunu ABŞ ilə birlikdə yaratmışıq. PYD və YPG var idi. Hamısının anası,atası PKK var idi. Siz indi yeni bir manevrlə SDQ-ni qurdunuz. Bu da yeni bir yalandır".

Məqalədə : Ərdoğan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:15

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru