Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

05 Dekabr

2017
15:01
1044
`Xəzərin hüquqi statusuna dair nəticə əldə etdik`
Sergey Lavrov: Sənəd Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci Sammitində imzalanacaq

"Böyük məmnuniyyətlə deyə bilərəm ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyada açıq qalan bütün əsas məsələlərlə bağlı nəticə əldə etdik".

Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada baş tutan toplantısından sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, konvensiyanın mətni faktiki olaraq hazırdır: "Bu yaxınlarda sənədin redaktə işləri, milli dillərə tərcüməsi və hər bir ölkənin daxilində onun yüksək səviyyədə imzalanmasına hazırlıq işləri aparılacaq. Sənəd Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci Sammitində Qazaxıstanda imzalanacaq. Ümid edirik ki, Sammit gələn ilin 1-ci yarısında baş tutacaq.

Sənəd üzərində son texniki və hüquqi işlərin yekunlaşmasından sonra Sammitin vaxtı barədə son qərar Qazaxısan rəhbərliyi tərəfindən veriləcək"./APA

Məqalədə : Xəzərin statusu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:13

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru