- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

FaktXəbər-in məlumatına görə, Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələri Yəmənin paytaxtı Sanada Prezident Sarayını vurduğunu açıqlayıb.
Şahidlərin bildirdiyinə görə, koalisiya qüvvələrinə aid təyyarələr Sananın Ət-Təhrir məhəlləsində Prezident Sarayının da yerləşdiyi və Husilərə aid mövqelərə intensiv hava hücumları təşkil edib.
Şahidlər koalisiya qüvvələrinin ilk dəfə bombaladığı Prezident Sarayına 8 hava zərbəsi endirildiyini bildirib.
Koalisiya qüvvələri həmçinin Sananın cənubundakı Əs-Səbin bölgəsindəki Prezident İqamətgahına 6 dəfə, paytaxtın mərkəzindəki Polis Kolleci və Polis İşçiləri Klubuna də 2 dəfə hava hücumu edib.
Husilər isə keçmiş Yəmən prezidenti Əli Abdulla Salehə sadiq qüvvələrlə toqquşduğu paytaxtın cənubundakı Əl-Hayyu Əs-Siyasinin nəzarətini tamamilə ələ keçirib və regionda münaqişənin dayandığını açıqlayıb.
Şahidlər sözügedən ərazidəki küçə və prospektlərdə zirehli texnika və tankların yerləşdirildiyini bildirib.
Saleh tərəfdarı qüvvələrdən olan hərbi səlahiyyətli Salehin qardaşı oğlu general-mayor Tarıq Məhəmməd Abdulla Salehdən hələ də xəbər ala bilmədiklərini deyib.
Bəzi mənbələr Salehin konvoyunu doğulduğu Sanhan bölgəsinə gedərkən saxlayan Husi polislərinin keçmiş prezidentə 30-dan çox vuraraq öldürdüyünü bildirir.
Digər tərəfdən Yəmənin Ənsarullah Hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi təşkilata aid Əl-Məsirə televiziya kanalından verdiyi açıqlamada, Salehi sədaqətsizlikdə və xəyanətdə günahlandırıb.
"Düşmənin güclənməsini istəyən və ölkəmizə qarşı qurulan tələyə uğursuzluğa düçar edildi", - deyən Husi, təxminən 3 ildir müttəfiqi olmasına baxmayaraq, Salehin özlərinə qarşı planlaşdırılan çevrilişdən tez xəbər tutduqlarını söyləyib.
Husilərin sözçüsü Məhəmməd Əbdüs-Səlam da verdiyi açıqlamada, Saleh tərəfdarlarının dövlət qurumlarını hədəf alaraq böyük bir cinayət törətdiyini və koalisiya qüvvələri ilə birlikdə təhlükəli çevrilişə hazırlaşdıqlarını deyib. O, Salehi bu addıma Birləşmiş Ərəb Əmirliklərinin sürüklədiyini vurğulayıb.
Xatırladaq ki, Yəməndə vəziyyət 2014-cü ildən gərgindir. Ölkədə baş verən qanunsuzluqlara və prezident Mənsur Hadinin Səudiyyə Ərəbistanının diktəsi ilə hərəkət etməsinə etiraz olaraq başlayan xalq üsyanından sonra prezident Səudiyyəyə qaçmışdı. Bundan sonra ölkədəki vəziyyəti nəzarətə götürən Husi qüvvələri həm daxildəki Mənsur Hadi qüvvələri ilə, həm də Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ilə döyüşür.
20-02-2019 10:42 Səudiyyə əsgərləri pusquya düşüb - VİDEO
18-02-2019 12:13 Yəmənlilər Səudiyyənin hərbi düşərgəsinə 10 raket atıb - VİDEO
18-02-2019 11:24 Yəmən Fələstin xalqına dəstəyini göstərdi - VİDEO
15-02-2019 10:54 Yəmənlilər Səudiyyənin hərbi okyektlərini raketlə vurub - VİDEO
14-02-2019 15:19 Yəmənlilər Səudiyyənin hərbi texnikalarını partladıb - VİDEO
11-02-2019 15:21 Səudiyyə ordusu Yəməndə böyük itkilər verir - VİDEO
- 20-02-2019 16:52 İŞİD-ə 19 yaşında qoşulmuş qadın peşman olduğunu açıqladı
- 20-02-2019 16:46 Türkiyədə avtobus aşıb: 4 ölü
- 20-02-2019 16:45 Erməni zabitlər Nikol Paşinyanı təhdid etdi
- 20-02-2019 16:16 İŞİD-in son dayaq nöqtəsindən dinc sakinlər evakuasiya edilir
- 20-02-2019 15:57 İnterpol ukraynalı oliqarx barəsində axtarış elan edib
- 20-02-2019 15:17 Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
- 20-02-2019 15:06 Baş naziri protokolu pozamağa vadar edən 100 milyard dollar - FOTO
- 20-02-2019 15:00 Sərnişin təyyarəsi səsdən sürətli hərəkət edərək rekord qırıb
- 20-02-2019 14:47 Netanyahu Putinlə görüşü ləğv edib
- 20-02-2019 14:39 Putin yeni silahın anonsunu verdi
- 20-02-2019 14:29 Tramp Səudiyyəyə nüvə texnologiyaları vermək istəyir
- 20-02-2019 14:24 Poroşenkonun Maydandakı "qəhrəmanlıqları" barədə dedikləri gülüş doğurub
- 20-02-2019 14:21 İsrail Şərqi Qüdsdə 464 qanunsuz yaşayış binası inşa edəcək
- 20-02-2019 13:05 İŞİD-in qoyub getdiyi sənədlərin sərgisi – FOTO
- 20-02-2019 12:59 Çin Tacikistanda hərbi baza yaradıb
- 20-02-2019 12:50 Kərkükü birgə güc qoruyacaq
- 20-02-2019 12:48 İvankanın Merkelə hirsləndiyi an - VİDEO
- 20-02-2019 12:41 Tramp ABŞ-ın milli kəşfiyyat rəhbərini qova bilər
- 20-02-2019 12:22 Rusiya daşıdığı S-400-ü dənizdə batırıb
- 20-02-2019 11:58 7 il ərzində 1000 terrorçu Tunisə qayıdıb
- 20-02-2019 11:49 PKK Öcalanı lider kimi görmək istəmir
- 20-02-2019 11:39 Maduro ordunu döyüşə tam hazır vəziyyətə gətirib
- 20-02-2019 11:36 Fransada hər il 41 min insan alkoqoldan ölür
- 20-02-2019 11:19 Kim Çen In Trampla görüşdən sonra Çinə gedəcək
- 20-02-2019 10:49 Skripalın anası polisdən oğlunun itkin düşmüş elan etməyi istəyib