Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

04 Dekabr

2017
23:15
588
Kosmonavtlar kosmosda pizza hazırladılar - VİDEO

Beynəlxalq kosmik stansiyanın (BKS) göyərtəsində ekipaj üzvləri səfər zamanı çəkisizlik şəraitində bir çox eksperimentlər aparır.

Təcrübələr arasında bəzən çox məzəliləri də olur. Məsələn, bu yaxınlarda BKS heyəti kosmosda əsl pizza hazırlayıb.

Tarixdə ilk "kosmik pizza" elə-belə hazırlanmayıb. Məsələ burasındadır ki, uçuş rəhbəri Kirk Şaymenin italiyalı astronavt Paolo Nepoli ilə söhbəti əsnasında Paolo milli italiya mətbəxi üçün çox darıxdığını deyib. Bundan sonra bütün ekipaj üzvləri öz həmkarına sürpriz etmək qərarına gəliblər.

ABŞ-ın Cygnus yük nəqliyyat gəmisində bir qədər boş yer qaldığından BKS-ə pizza üçün lazım olan bütün inqrediyentlər göndərilib. 

 

Hazırlanma prosesinə Paolo şəxsən rəhbərlik edib.

 

Qeyd edək ki, bu, Paulonun kosmosdakı İlk "əl işi" deyil. Belə ki, Beynəlxalq qəhvə günündə o, orbital  kofe aparatının köməyi ilə bir fincan "espresso" hazırlayıb.

"Kosmik pizzanın" maraqlı hazırlanma prosesini izləməyə sizi də dəvət edirik.

Məqalədə : kosmos pizza 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:31

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru