Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

04 Dekabr

2017
22:42
615
Alimlər genetik koda iki yeni hərf əlavə ediblər

Məlum olduğu kimi, genetik kodda böyük həcmdə məlumatları kodlaşdırmaq üçün cəmi 4 nuklein turşusundan istifadə olunur: adenin, quanin, timin və sitozin. Genetik kodda onlar müvafiq hərflərlə - A, Q, T, S - işarə olunur. Bu hərflərdən "sözlər" - tripletlər düzəlir.

Beləliklə, demək olar ki, "genetik əlifba" 4 hərfdən ibarətdir və indiyədək onu dəyişməyin mümkün olmadığı hesab edilirdi, lakin Skripps İnstitutundan olan bir qrup alim ilk dəfə olaraq bu "əlifbanı" tam fəaliyyətdə saxlayaraq ona daha iki hərf əlavə edə bilib.

Yeni araşdırma zamanı Synthorx şirkətindən olan tədqiqatçılar  X və Y ilə işarələnən iki yeni azotlu əsasdan istifadə edib. Onlar ikizəncirli DNT molekulunda standart 4 əsas kimi, üzbəüz yerləşir, lakin "yeni hərflər" hidrogen yox, hidrofob əlaqələrlə birləşir. 

Artıq yeni DNT-nı problemsiz əmələ gətirən bakterialar da çıxarılıb. Bircə bu hərflər üçün yeni tripletlər fikirləşmək qalıb.

4 hərfdən cəmi 64 triplet kombinasiyaları əldə etmək olurdusa, cəmi iki hərf əlavə etməklə biz mümkün "genetik sözlərin" sayını 216-dək artırırıq. Nəticədə isə daha 172 amin turşusunu kodlaşdırmaq mümkün olacaq. Bu isə biomühəndislikdə hədsiz imkanlara yol açır.

Məqalədə : genetik kod DNT 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:28

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru