Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

04 Dekabr

2017
21:15
591
Smartfonlar yeniyetmələrdə depressiya yaradır

Tədqiqatların nəticələrinə görə, smartfonlardan həddən çox istifadə bir sıra psixoloji pozğunluqlara yol açır. Bəzi hallarda bu, insan beynində dəyişikliklərə səbəb ola bilər.

Bu barədə Şimali Amerika Radioloji Cəmiyyəti alimlərinin illik yığıncağında məlumat verilib.

Tədqiqatlar zamanı smartfon və internetə çox bağlı olan 19 yeniyetmənin (orta yaş 15,9) beyninin öyrənilməsi üçün maqnit-rezonans spektroskopiyadan istifadə edilib. Müqayisə kimi həmin sayda eyniyaşlı iştirakçılar seçilib. Toplanmış nəticələrə əsaslanaraq Seulda fəaliyyət göstərən Koreya Neyroradioloji Universitetinin professoru Xyunq Suk Seo müəyyənləşdirib ki, smartfonlardan asılı olan yeniyetmələrdə depressiya, həyəcan, yuxusuzluq və impulsivlik əlamətləri daha çox özünü büruzə verir.

Məqalədə : smartfon 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:28

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru