Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

04 Dekabr

2017
20:15
4569
`Müəllim də səhv edə bilər` deyən gənc müəllim
Vüqar Hüseynov: Uşaq müəllimi görəndə siçan deşiyi axtarmamalıdır

Lənkərandan olan gənc müəllim Həbib Əlizadə FaktXəbər oxucularına yaxşı tanışdır. Onun şagirdləri ilə davranışı və tədris metodu barədə yazmışıq. Bu dəfə daha bir gənc müəllim barədə danışacağıq.

"Müəllimliyə gəlişim başqa yerlərə balım çatmamağı ucbatından olmayıb. Uşaq vaxtı mənə verilən, "böyüyəndə kim olmaq istəyirsən?" sualının cavabında da, orta məktəbdə yazdığımız "Mənim arzum" inşalarında da müəllim olacağımı bildirirdim. Çünki içimdə öyrənməyə olduğu qədər öyrətməyə də hədsiz istək var."

FaktXəbər-in məlumatına görə, bu sözləri Quba rayonu Püstəqasım kənd tam orta məktəbinin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Vüqar Hüseynov deyir. 

V.Hüseynov qədim Çin məsəlində deyildiyi kimi, içində olan öyrətmək istəyini hər gün yerinə yetirdiyi üçün işinə cansıxıcı, zəhlətökən məşğuliyyət kimi baxmır:

"Ucqar kəndlərdə işləməyimin səbəbi: ucqarlar, xüsusən dağda yerləşən kəndlər daim məni təbiət içində olması və ekstremal ekzotikası ilə cəlb edib. Həm də düşünürəm ki, ucqarlarda da təhsil mərkəzdəki kimi vacibdir. Rahat şəraitdə çox adam işləyə bilir. Amma ucqarda işləmək hamı üçün rahat olmur. Buralarda daha faydalı olduğumu düşünürəm. Məktəblilərin, ümumiyyətlə, kəndlilərin dünyagörüşündə, həyata baxış bucağında böyük dəyişikliklər yaratdığımı hiss etmək gözəl duyğudur. Uşaqların sevimli müəllimi olmağın isə konkret resepti yoxdur. Məkana görə, şəraitə görə, vəziyyətə görə dəyişir. Çalışıram, uşaqlar müəllimdən çəkinməsinlər. İstədikləri vaxt istədikləri sualı rahatca verə bilsinlər. Təcrübəli müəllimlərlə əsas konfliktimiz bu mövzuda olur. "Hayıf deyildi əvvəlki vaxtlar? Uşaqlar uzaqdan müəllimi görəndə gizlənməyə siçan deşiyi axtarırdılar" fikrinə həmişə qarşı çıxıram. Müəllimi bütləşdirməyin əleyhinəyəm. Şagirdlərə deyirəm, müəllim də səhv edə bilər. Ya bilmədiyindən, ya mexaniki olaraq. Həmişə deyirəm, kim mənim dediklərimdən nəyinsə səhv olduğunu desə, ən yüksək qiyməti ona yazacam. Amma təbii ki, arqumentləri ilə. Düşünürəm ki, şagirdlər kitabda verilən mətni əzbərləməkdənsə, çox sual verməyi, sorğulmağı, araşdırmağı yaxşı bacarmalıdırlar. Ucqar kəndlərdə insanlardan aldığın pozitiv enerji və xoş anlar haqqında isə çox danışmaq olar."

Məqalədə : gənc müəllim 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:45

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru