Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2017
16:18
İranlı deputat Seyid Bahaduri: Qarabağı Azərbaycan torpağı sayırıq
Mən işğal olunmuş ərazilərdə istənilən fəaliyyəti pisləyirəm

“Biz Dağlıq Qarabağ ərazisini İslam torpaqlarının bir parçası və Azərbaycana aid torpaq bilirik”. 

Bu sözləri İran parlamentinin Urmiyadan olan üzvü Seyid Hadi Bahaduri İran mətbuatında qondarma “DQR”in “xarici işlər naziri” Masis Mailyanın müsahibəsinə münasibət bildirərkən deyib.

H. Bahaduri M. Mailyanın fikirlərini tənqid edərək bildirib ki, onun bu addımı qərəzli, düşüncəsiz və qeyri-diplomatikdir: “Mən rəsmi şəkildə işğal olunmuş ərazilərdə hər hansı fəaliyyətin, artıq hərəkətlərin olmasını pisləyirəm və ölkənin aidiyyəti qurumlarından gözləyirəm ki, bu sahədə addımlar atsınlar. “Şərq” qəzeti də ölkənin milli təhlükəsizliyinin əksinə davranaraq demokratiya adı ilə problem yaratmamalıdır”.

H. Bahaduri İran və Azərbaycan arasındakı mövcud əlaqələrə toxunaraq deyib ki, xüsusilə iqtisadi sahədə əməkdaşlıq perspektivləri böyükdür və bu əməkdaşlıq gücləndirilməlidir: “İqtisadi və təhlükəsizlik baxımından əməkdaşlığı inkişaf etdirmək hər iki ölkənin xeyrinədir. Azərbaycanda əməkdaşlıq üçün geniş potensial var”.

Qeyd edək ki, İranda islahatçılar düşərgəsinə yaxın olan “Şərq” qəzeti şənbə günü  qondarma “DQR”in “xarici işlər naziri” Masis Mailyanın müsahibəsini dərc edib.

Məqalədə : İran deputat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda dərman istehsal olunacaq - FOTO

09

Dekabr
21:12
İQTİSADİYYAT
290

Erkin Qədirli seçkiyə gedir

09

Dekabr
16:45
SİYASƏT
276

AMEA doktorantura və dissertanturaya qəbul elan edib

09

Dekabr
16:09
ELM / TƏHSİL
283

Vilayət Eyvazov Bağırova VƏZİFƏ VERDİ

09

Dekabr
16:00
HÜQUQ,HADİSƏ
362
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2019 03:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru