Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

04 Dekabr

2017
16:10
2580
Hz.İsanın heykəlində 300 illik məktub tapıldı-FOTO

FaktXeber.com-un məlumatına görə, İsa Peyğəmbərin İspaniyadakı 18-ci əsrə aid heykəlinin restavrasiyası zamanı sənət əsərinin içərisində gizlədilmiş məktub aşkarlanıb. Məktubda həmin dövrə aid bir çox məlumatlar yer alıb.

Heykəl ölkənin şimalında Burqos əyalətinin Sotillo de la Ribera kəndində olan Santa Agueda  kilsəsində saxlanılıb.

Xəttatlıqla yazılmış olan 1777-ci ilə aid məktublar bir rahib tərəfindən heykəlin içində gizlədib, bu da zaman kapsulu kimi sənədin qorunması ilə nəticələnib.

Məktubda həmin dövrün əyləncələri, iqtisadi vəziyyət, siyasi və dini mövzular, məşhur insanlar, məşhur uşaq oyunları, yayğın xəstəliklər, məşhur buğa güləşçilərinin adları və digər  məsələlər barədə detallı məlumatlar var.

Həmin dövrdə Burgo de Osma katedralinin rahibi  Joaquin  Minguez tərəfindən imzalanan sənəd, restovrasiya şirkəti olan şirketi Da Vinci Restauro-nun  işçiləri  tərəfindən ortaya çıxarılıb.

Məqalədə : İsa Peyğəmbər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:31

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru