Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2017
16:01
3857
Səhiyyə Nazirliyi virusla bağlı açıqlama verdi
"Ölkədə kəskin respirator xəstələnmə halları qeydə alınır"

“Mövsümlə, yəni havaların soyuması ilə bağlı bütün dünyada olduğu kimi, Azərbaycanda da əhali arasında müəyyən kəskin respirator xəstələnmə halları qeydə alınır”.

FaktXəbər-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Vəli Axundov adına Elmi – Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Lalə Rüstəmova APA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, 5 yaşınadək uşaqlar arasında xüsusən kəskin respirator xəstəliklərin yayılma səviyyəsi daha yüksək olur: “Bəzən əhali arasında baş ağrıları, hərarət, öskürmə, kataral əlamətlərə keçən hallar müşahidə olunur. Çox vaxt xalq arasında bu halların hamısı ümumi qrip adı ilə birləşdirilir. Ailə üzvlərimizdə, ətrafımızda olan insanlar tez – tez “qrip olmuşam” ifadəsini işlədir. Əslində bu elmi cəhətdən düzgün ifadə deyil. Çünki qrip infeksiyası konkret olaraq elmə məlum olan və xüsusi qrip virusları tərəfindən törədilən kəskin iltihab – yoluxucu xəstəlikdir. Bu gün elmə qrip viruslarının 3 tipi məlumdur: A qrup virusu, B qrup virusu və C qrup virusu. Ona görə də konkret qrip infeksiyasından danışarkən məhz bu virusların müxtəlif ştamplarının törətdiyi infeksiya nəzərdə tutulmalıdır. Digər hallar bu infeksiya adı altında birləşdirilə bilməz”.

Şöbə müdiri qeyd edib ki, hər bir infeksiyada profilaktika birinci yerdə dayanmalıdır: “Xüsusilə kəskin respirator infeksiyalardan danışırıqsa, burada profilaktik tədbirlər önəmli yer tutur. Profilaktik tədbirlər içərisində həmişə kimi orqanizmin özünün müdafiə qabiliyyətinin gücləndirilməsi, daha çox idmanla məşğul olmaq, sağlam həyat tərzinin keçirilməsi, xəstə olan şəxslərlə təmasın azaldılması, yaxşı qidalanmaya diqqət ayrılması əsas yer tutur. Ailədə, iş yerində xəstə şəxslər kollektivdən mümkün qədər təcrid olunmalıdır. Bu ən azı digər şəxslərin xəstəliyə yoluxma ehtimalını azaltmış olur. Bundan sonra xəstə profil üzrə həkimə müraciət etməlidir. Soyuq havada orqanizmin immun sisteminin reaksiyası dəyişir və ilin soyuq fəslində orqanizmdə soyuğa öyrəşmə reaksiyaları gedir. Əlbəttə, belə dövrdə hər bir orqanizm bu cür hallara fərdi şəkildə reaksiya verir. İmmun sisteminin səviyyəsindən asılı olaraq isə infeksiya özünü müxtəlif şəxslərdə müxtəlif cür göstərir”.

Məqalədə : qrip 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
536

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
388

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
410

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
450

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
480

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
457

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1053

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
850
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 02:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru