Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2017
15:35
3423
Ziyafət Əsgərov `Duma`da Qarabağdan danışdı

"Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə terrorizmin maliyyələşdirilməsi arasında açıq əlaqəni qeyd etməmək mümkün deyil".

Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Rusiya Dövlət Dumasında keçirilən "Parlamentarilər narkotiklərə qarşı" adlı beynəlxalq konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, narkotik ticarəti daha çox hökumətin nəzarət edə bilmədiyi ərazilərdə çiçəklənir.

"Müxtəlif şüarlar, o cümlədən "millətlərin öz müqəddəratını təyinetmə hüququ" altında suveren dövlətlərin ərazisində "boz zonalar" yaranması və narkotik maddələrin qanunsuz dövriyyəsi də daxil olmaqla, qanuna zidd hər cür fəaliyyət həyata keçirilməsi faktı həyəcan təbili çalmağa əsas verir. Bu baxımdan, Azərbaycanı Dağlıq Qarabağdakı vəziyyət ciddi narahat edir. İşğal nəticəsində bu bölgədə Azərbaycanın mərkəzi orqanlarının işi tamamilə mümkünsüzdür və bu hal müxtəlif cinayətkar qruplaşmaların, o cümlədən narkotiklərin istehsalı və ticarəti üzrə ixtisaslaşan qruplaşmaların fəaliyyət göstərməsi üçün əlverişli mühit yaradır", - deyə Ziyafət Əsgərov bildirib.

O həmçinin Azərbaycanın narkotiklər üzrə bütün beynəlxalq sazişləri həyata keçirdiyini və hətta narkotik maddə asılılığının müalicəsini asanlaşdırmaq üçün öz qanunvericiliyinə düzəliş etdiyini həmkarlarının diqqətinə çatdırıb: "Azərbaycan qanunvericiliyində bu yaxınlarda edilən dəyişikliklərə əsasən, satış məqsədi ilə yox, şəxsi istifadə üçün narkotik maddə əldə edən şəxs cinayət məsuliyyətindən azad edilməklə məcburi müalicəyə göndərilə bilər. Bununla da, bu cür şəxslərin dövlət hesabına narkotik asılılıqdan qurtulmaq üçün əla şansı yaranır".

Məqalədə : Ziyafət Əsgərov Duma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İnquşetiya prezidenti istefa verdi

24

İyun
20:35
DÜNYA
77

Sami Yusuf Bakıdadır - FOTO

24

İyun
19:55
MARAQLIDIR
1767

Diqqət! Tıxac var

24

İyun
16:56
NƏQLİYYAT
533

"Kənd təsərrüfatına gənclər cəlb edilməlidir"

24

İyun
16:05
İQTİSADİYYAT
1629

Zelenski üç qubernatoru işdən qovdu

24

İyun
15:38
DÜNYA
1759

AŞ PA-nın yay sessiyası işə başlayıb

24

İyun
15:32
SİYASƏT
2001

Günün qarşılaşmaları TV AFİŞA

24

İyun
15:25
İDMAN
1299

Yeni nazir əməliyyat müşavirəsi keçirib

24

İyun
14:05
HÜQUQ,HADİSƏ
807
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 00:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru