Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2017
10:54
Türkiyədə əsgər pişiyə işgəncə etdi - VİDEO
Hadisə ilə əlaqədar ölkənin Milli Müdafiə Nazirliyində istintaqa başlanıb

FaktXeber.com-un verdiyi məlumata Türkiyənin Ərzincan şəhərində  Zabitlər Evində mülki geyimli bir şəxs ələ keçirdiyi bir pişiyə yumruq və təpiklərlə işgəncə edib. Müşahidə kamerası tərəfindən qeydə alına görüntülərdə onun  pişiyi dəfələrlə vurduğu görünür.

Sonradan məlum olub ki, bu şəxs 25 yaşlı  Taner H. Adlı əsgərdir. Onun xidmətinin başa vurmasına 3 gün qalıbmış. İlkin araşdırmalar zamanı onun içkili olduğu ortaya çıxıb.

Video sosial şəbəkədə yayılandan sonra insanlar tərəfindən böyük narazılıqla qarşılanıb. Bir çox sakin  axşam saatlarında hərbi müəssisəsinin qarşısına toplaşaraq, həmin əsgərə cəza tələb ediblər.

Türkiyənin Baş Qərargah rəisi  bəyan edib ki, hadisə ilə əlaqədar Milli Müdafiə Nazirliyində istintaqa başlanılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 18:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com