Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

02 Dekabr

2017
22:11
870
İldə 10 milyon insan öləcək
Antibiotiklərin məhv etmədiyi, əksinə gücləndirdiyi VİRUSLAR

Türkiyə Səhiyyə Nazirliyi 2014-cü ildə antibiotik tərkibli dərmanların satışının yalnız reseptlə həyata keçirilməsi barədə qərar qəbul edib.

Məqsəd immuniteti məhv edən antibiotiklərin həkim nəzarəti olmadan qəbul edilməsinin qarşısını almaq olub. Qurum istəyinə qismən də olsa nail olub. Çünki dünyadakı səhiyyə təşkilatları, mütəxəssislər yerl-yersiz antibiotik müalicənin ölümcül fəsadları barədə illərdir ki, danışır.

Lakin Azərbaycanda antibiotik preparatlar hələ də açıq şəkildə həyata keçirilir. Sirr deyil ki, apteklərdən ən çox alınan dərman vasitələrinin arasında antibiotiklər üstünlük təşkil edir.

Türkiyəli həkimlər isə dünyada antibiotiklərdən istifadənin davam edəcəyi təqdirdə, nəticənin ürəkaçan olmayacağı barədə açıqlamalar verməyə başlayıb. Professor İsmail Balık antibiotiklərin yeni virus yaratdığını bildirib:

"Bakteriyaların ələ keçirdiyi xəstələri müalicə etmək üçün əlimizdə güclü silah yoxdur. Biz bunlara "canavar bakteriyalar deyirik”. Məhv olmayan bəzi bakteriyalar yanlış antibiotik istifadə edildiyi zaman daha da güclənir”.

Dünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə isə, 2050-ci ildən sonraildə 10 milyon insan "canavar bakteriyalar”səbəbindən öləcək. Bu rəqəm ürək, xərçəng, nevroloji xəstəliklərdən daha çox olacaq.

Əgər ehtiyac duyularsa, xəstəliyin sağalması üçün antibiotikdən ən azı 5 gün istifadə edilməlidir. İnsanlar isə sağaldıqdan 2 gün sonra dərmandan istifadəni dayandırır. Bunun nəticəsində xəstəliklər yenidən qayıdır. Bu, xəstələri daha bahalı və güclü antibiotiklərdən istifadə etməyə məcbur edir.

Balıkın sözlərinə görə, antibiotik qripə faydalı deyil:

"Soyuqdəymə, qripə tez-tez yoluxuruq. Qeyd edim ki, bunların 80 faizi virusdur. Antibiotiklər viruslara qarşı təsirli deyil. Qızdırmanı aşağı salmağa kömək etməz. Buna görə, bu dərmanlardan soyuqdəymə əleyhinə istifadə edilməməlidir”.

Məqalədə : antibiotik virus 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:52

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru