Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

02 Dekabr

2017
10:40
2409
Xaricdə daimi yaşayan azərbaycanlıların nəzərinə
Ölkəyə giriş-çıxış qaydalarına dəyişiklik edilib

Nazirlər Kabineti 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərar ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”na dəyişikliklər edib.

FaktXeber.com-un Nazirlər Kabinetinin Mətbuat Xidmətinə istinadla verdiyi məlumata görə, qərarda deyilir:

“Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 1, maddə 29; 2013, № 8, maddələr 999, 1033; 2014, № 5, maddə 561, № 6, maddə 747; 2016, № 8, maddə 1453, № 9, maddə 1585; 2017, № 1, maddə 122, № 5, maddə 963; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 oktyabr tarixli 415 nömrəli qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”na aşağıdakı məzmunda 5.9-cu və 6.5-1-ci bəndlər əlavə edilsin:

“5.9. “E-qeyri-rezident” altsistemi - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində yaradılan, qeyri-rezidentlərin elektron imza verilməsi barədə müraciətlərini qəbul və təhlil edən, onlara “virtual FİN” verən, habelə “virtual FİN” verilmiş qeyri-rezidentlərin reyestrini aparan altsistem. 

6.5-1. “Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslər” informasiya resursu üzrə:

6.5-1.1. “www.azexport.az” internet portalından “E-qeyrirezident” altsisteminə təqdim edilən xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyətini təsdiq edən sənədin (pasport və ya şəxsiyyət vəsiqəsi) fotoşəkil olan səhifəsinin skan edilmiş surəti, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərin nümayəndələrinin şəxsiyyətini təsdiq edən sənədin (pasport və ya şəxsiyyət vəsiqəsi) fotoşəkil olan səhifəsinin və qeyri-rezident adından çıxış etmək səlahiyyəti verən etibarnamənin skan edilmiş surəti, habelə elektron imza sertifikatının verilməsi və ya verilməsindən imtina edilməsi (“virtual FİN”in ləğv edilməsi) ilə bağlı məlumatlar;

6.5-1.2. Azərbaycan Respublikasına gələn xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslər barədə məlumat yaradan altsistemlər.”.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:34

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru