Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Dekabr

2017
20:47
“Qarabağ” “Neftçi”ni minimal hesabla məğlub edib

Dekabrın 1-də Azərbaycan Premyer liqasının XIV turunda “Qarabağ” doğma meydanda “Neftçi”ni qəbul edib.

FaktXəbər bildirir ki, baş hakim Fariz Yusifovun idarə etdiyi matçın ilk hissəsinin 25-ci dəqiqəsində meydan sahibləri hesabı açıb. Ağdam təmsilçilərinin heyətində Maksim Medvedyev fərqlənib. Matçın ilk hissəsi bu hesabla başa çatıb.

Fasilədən sonra matç qarşılıqlı hücumlar şəraitində keçsə də qapılara qol vurulmayıb.

Bu qələbədən sonra “Qarabağ” aktivinə üç xal əlavə edərək 34 xalla turnir cədvəlindəki liderlik mövqeyini möhkəmləndirib. “Neftçi” klubu isə 16 xalla beşinci pillədədir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Neftçi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 00:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com